Rus xalqı təslim olmur

Hörmətli oxucular, bir müddət əvvəl xəbər verdiyimiz kimi, Rusiyada ümumxalq mitinqləri 31 yanvara təyin olmuşdu. Yanvar ayının 30-dan artıq Rusiyanın böyük şəhərlərində polislər barrikadalar quraraq mitinqə hazırlıq görmüşdülər. Putin hakimiyyəti etirazçılara maneə törətməklə metro, avtobus, nəqliyyat və.s kimi yerləri bir neçə gün əvvəl bağlatdırmışdı. Bu mitinqdə etirazçılara qarşı Putin polisi daha da qəddar olmuşdur. Aldığımız məlumatlara görə, bəzi şəhərlərdə insanları döyərək, xüsusi avtomobillərlə həbsxanalara aparmışlar.

Polisin daha bir qəddarlığl cərəyan verən (elektraşok) və gözyaşardıcı qazdan istifadə etmələri olmuşdur. Artıq Putin hakimiyyətindən təngə gələn xalq təslim olmaq fikirində olmadığını bildirmişdir. Etirazçıların tələbi müxalif jurnalist Aleksey Navalnının azadlığa buraxılması və Vladimr Putinin istefa verməsidir. Polis tərəfindən həbs edilənlərin sayı 5000 nəfəri ötüb. Bunlardan 103 nəfəri isə jurnalistlər və mətbuat işçiləridir.
Qəzəbli kütləni sakitləşdirmək üçün Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov gəlsə də, etirazçıların qarşısında aciz qalmışdır.

Belə görünür ki, vəziyyət getdikcə ağırlaşacaq. Artıq Amerika və Avropa prezidentləri Rusiyaya etirazlarını bir daha bildirmişlər. Rəsmi Kreml isə Qərbi, Rusiyanın daxili işlərinə qarışmaqda günahlandırır.

Əliəşrəf Məmmədov.

 

Bunu paylaş: