Rus silahlarına “Boykot” !!!

 

Azərbaycan rus və ermənilərin oyununa tuş gəlib. Üçtərəfli əlaqələrdə təxribatlar aydın şəkildə özünü biruzə verir. Rusiya Ermənistanla birləşərək, Türkiyə dövləti ilə əlaqələrimizə xələl gətirmək üçün hədə-qorxu çıxışları edərək bizi təhdid edirlər. Azərbaycan prezidenti İlham Əliyevin və hakimiyyətinin etdiyi böyük səhv ucbatından bu gün biz bunun əvəzini görməkdəyik. Yalnız bir yolumuz var ki, Rusiya imperiyasının vassalığından yaxa qurtaraq. Buna necə nail olaq? Hərçənd irəli sürülən fikirlərdən biri kimi təklif edə bilərik ki, Rusiya istehsalı silahlardan imtina edilsin…

Bu təxribatlara necə cavab verə bilərik?

Rus silahlarından imtina etsək, müəyyən dərəcədə Kremldən siyasi və hərbi asılılığımız da azalar. Ölkəmizə müdaxilələrin bəzilərini dəf edə bilərik.
Digər tərəfdən isə, 44 günlük Qarabağ müharibəsi onu göstərdi ki, Rusiya istehsallı silahlardan yaxşı “zibil” qabları düzəltmək olar. Bu gün dünyada silah bazarı demək olar ki, hərtərəfli inkişaf etməkdədir.

Bunun nə demək olduğunu Rusiya və Azərbaycan hakimiyyəti çox gözəl bilir. Hakimiyyət yaxşı fikirləşməli, keyfiyyət və dəyər baxımından ən əsas isə, siyasi baxımdan Rusiyadan silah alışını boykot etməlidir. Ancaq və lakin Azərbaycan hakimiyyəti bu addımı ata biləcək qədər güc və qüdrətə sahib çıxa bilərmi? Bu barədə düşünməyə dəyər… Rus silahlarına “Boykot” !!!

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın