Rus ordusu, Belarusa hücum əmri gözləyir.

Lukaşenko getsə Rusiya Belarusiyaya hücum edəcək, çünki Belarusiya Rusiyanın Avropaya son qapısıdır. Avropa blokadasında olan Rusiya bununla heç cür barışmaq istəməyəcək, səbəbi isə Rusiyanın aqressiv siyasət yürütməsidir. Əgər Belarusiya əldən çıxarsa, bütün diqqət cənub qapısı olan Azərbaycana yönələcək. Rusiyanın Finlandiyadan tutmuş Gürcüstana kimi sərhədlərində Rusiya aqressiyası və işğalını görürük və bu ölkələr bununla heç cür barışmaq istəmirlər. Rusiya bu siyasətində düzəliş etməsə yəqin ki, Mərkəzi Asiya da bu blokadaya qoşulacaq.
İnanıram ki, bu siyasətlə Putin və onun oğullarının sonuna çox az qalmışdır. Xatırladım ki, son otuz ildə Avropanın yarısından çoxuna Rusiyanın imperiyası nəzarət edirdi, artıq NATO ordusu Moskvanın 600 km -də dayanır.Artıq Putin Lukaşenkoya dəstək verərək, Makron ve Merkelə qarşı təziqləri artırb.

 

İmza; Mikayıl Əsədov.

 

Bunu paylaş: