Rus kadırlar işdən çıxardılır

Ramiz Mehdiyev və Əli Həsənov Dövlət İdarəçilik Akademiyasında tutduqları vəzifədən azad edilmişlər. DİA-nın əsas məqsədi gələcək siyasətçilər və diplomatları yetişdirməkdir.Ölkənin gələcəyini müəyyən edən şəxsləri, rus agenturasının əlinə xidmətinə vermək nə dərəcədə doğru idi. Bu vəziyyətdə İlham Əliyev son vaxtlar təyin etdiyi məmurların bir çoxunun Qərb təhsilli olduqlarını nəzərə alsaq,Azərbaycanda hələ də Mehdiyev kadrları hakimiyyətdə qalmaqdadır. Mehdiyev və Həsənov kimilərin yeri orda məhdudlaşmalı idi. Bəlkə də İlham Əliyev yaxın bir vaxtda böyük risk edərək rusların “Ştirlis”- ni həbs etdirdi. Azərbaycanda son baş verənlər insanları ikitərəfli düşünməyə vadar edir. Birinci tərəf- İlham Əliyev bütün sükanı Qərbə yönəltmişdir.
İkinci tərəf isə klanlar arasında Ramiz Mehdiyevin klanını tam məhv etməkdir.

Mikayıl Əsədov.

Bunu paylaş: