Rus dilini “Azərbaycan türkcəsi” ndən üstün sayan kütlə

Artıq bir neçə ildir ki,  Rusiyanın ölkəmizə qarşı yürütdüyü siyasət  öz bəhrəsini verməkdədir. İlk növbədə şimal bölgələrimizdə açılan rusdili məktəblərin təsiri qısa zamanda bütün ölkəyə yayıldı. İkinci addımda iş yerlərinə tələb olunan rus dili də Azərbaycan xalqı üzərində dominantlıq etməyə başladı.

Təsəvvür edin ki,  artıq sosial şəbəkələr vasitəsi ilə azərbaycanlılar öz ana dilində  deyil, bizim əsl və birinci düşmənimiz olan rus dilində təbliğat aparmaqdadırlar. Ölkəmizdə kim bu dildə danışmırsa,  ona, hətta yuxarıdan aşağı baxırlar.

Biz azərbaycanlı olaraq bu gedişlə hara gedirik? Niyə biz bu gündəyik?!
İllərdir İlham Əliyevin apardığı Kreml siyasəti bizi keçmişimizi unutmağa vadar edir.
Bəli,  dil bilmək yaxşı şeydir, amma lazım olanda gərək danışasan?
Dünyada 500 milyon nəfərdən çox danışılan türk dilinin bir qolu olan ana dilimizə bu qədər hörmətsizlik hardandır?
Niyə biz, bizi hər zaman məhv etməyə çalışan rusun dilində evimizdə danışmalıyıq?

İllərdir torpaqlarımızı işğal edən, qəhrəmanlarımızı tariximizi, mədəniyyətimizi, körpələrimizi,  xalqımızı məhv edən bir düşmənin dili niyə bizə bu qədər əzizdir?

Əgər belədirsə, sabah ana dilimiz olan Azərbaycan türk dilini unudaq, ölkədə vahid dil erməni dilini qəbul edək. İllərdir bizi idarə edənlərdən biri də ermənilər olub, niyə onların dilində də danışmayaq?

Qarabağı unudarıq – 1920 – ci il kimi…
Xocalını unudarıq – 1937 – ci il kimi…
Azərbaycandakı erməni terrorlarını unudarıq – “20 Yanvar” qətliamı kimi!

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın