Rus dili öyrənmək üçün, rus məktəblərinə ehtiyac yoxdur

Rusdilli məktəblərlə əlaqədar gedən müzakirələrə millət vəkili Vüqar Əhmədov da öz münasibətini bildirib.O deyib ki, dil bilmək yaxşıdır, dövlətimiz balanslaşdırılmış siyasət yeridir. Ancaq indiki dövrdə, yəni qonşu dövlət olan Rusiyanın bizə olan münasibətindən sonra mövqeyimizi bir daha nəzərə almalıyıq. Bizdə kifayət qədər rusdilli savadlı kadrlarımız var, ancaq onları Rusiya televiziyalarına buraxırlarmı? Rusdilli məktəblərdə oxumaq istəyənlər çoxdur, ancaq nəyə görə bu məktəblər, dovlət tərəfindən maliyyələşdirilməlidir? İngilisdilli, türkdilli özəl məktəblər kimi rusdilli məktəbləri də özəlləşdirmək lazımdır ki, kim istəyir pulunu verib öz övladın oxutsun. Bizim müstəqil dövlətimiz və müstəqil dilimiz var.

İmza; Şahin Şirvanlı

Bunu paylaş: