“Rus barmağı”

Həmişə fikirləşirdim ki, görəsən, bu ABŞ, Almaniya, İngiltərə kimi dövlətlər necə sistem qurublar ki, başçılar dəyişsə də demokratik sistem dəyişməz qalır. Sonra gördüm ki, elə bizim ölkədə də möhkəm sistem qurublar – rüşvət sistemi. İcra başçıları, idarə müdirləri, direktorlar dəyişsələr də yerinə gələnlər dəyişmir, yaxud daha pis olurlar. Yəni, sistem dəyişmir ki, dəyişmir.Deyilənə görə, ilk dəfə bunun haradan gəldiyini bilib, qələmə alan böyük mütəfəkkir M. F. Axundzadə olmuşdur: “Hekayəti – mərdi – xəsis” komediyasında ruslar tərəfindən tutulan Hacı Qara paltarlarını geri alan zaman ağlayır. Səbəbini soruşanda deyir ki, cibimdən bir abbasımı götürüblər.
Deyəcəksiniz ki, bir abbası nədir ki? Söhbət bir abbasıdan yox, bir abbasını oğurlayan ruslardan gedir. Müəllif sətiraltı rusun nadürüst olmasını çox ustalıqla göstərib.
İndi isə, Azərbaycanda “rusun barmağı” ilə qurulan bu sistemdə ölkədən gedən milyardlardan, daşınan kürülərdən, neftdən və s.-dən danışaq…


Hə, indi də işğaldan azad olunmuş ərazilər – can Azərbaycanım, torpağının altı da qızıldır, üstü də. Görəsən, bu milyonçu ölkənin kasıb əhalisinə də bu nemətdən doğru – düzgün bir pay düşəcək? Bu yerdə yadıma “rusun barmağı” düşür. O barmaq olan yerdə bu iş imkansız görünür. Rusiya imperiyası həmişə şər imperiyası olub, elə belə də qalacaq. Nə Rusiyada yaşayan xalqlara, nə də başqalarına ruslardan heç vaxt xeyir gəlməyib.

Bunu paylaş: