Rus agentləri Azərbaycanda vəziyyətdən necə istifadə edir…

Azərbaycanda son bir neçə aydır ki, 5 – ci kolon söhbəti məsələsi genişlənməkdədir. Vəziyyət bu yerə gəlib çatıb ki, hətta qonşu qonşusunu Rusiyanın agenti olmaqda ittiham edir. Demək olar ki, bu barədə siyasətçilər gecə – gündüz danışmaqdadırlar.

Sizlərə bundan əvvəlki məqaləmizdə bu barədə məlumat vermişdik. Bəli,  ölkənin gündəmini hər tərəfdən 5 – ci kolon zəbt edib. Təhsil, səhiyyə, hərbi, təhlükəsizlik, ictimai…Sosial ekspertlərdən kimi dindirsəniz,  Rusiya 5 – ci kolonundan danışır.

Diqqət yetirsək görərik ki, bu mövzunu ölkə gündəmində saxlamağa çalışırlar. Nədənsə,  digər tərəfdən məsələ İlham Əliyevə gəlib catanda belə bir təəssürat yaradılır ki, guya 5 – ci kolon prezidentlə xalq arasında nifaq yaratmağa çalışır. Bu absurd fikirləri araşdırmaq,  nədənsə,  heç kimin ağlına gəlmir.

Burada bir sual ortaya çıxır, bəs İlham Əliyevi Prezident seçən və o, kürsüdə saxlayan kimdir?
Bir tərəfdən deyirlər hər tərəfdə — bütün dövlət orqanlarında yüksək vəzifələrdə 5 – ci kolon üzvləri var. Digər tərfdən isə məgər belədirsə,  İlham Əliyev niyə o vəzifədədir? Axı Azərbaycanda demokratik seçki hüququ yoxdur!

Xalqın sərvətini bu qədər talayan Əliyevlər ailəsi necə olur ki, hələ də hakimiyyətdədir?
Elə Azərbaycanda əsl 5 – ci kolon üzvü Prezident və Vitse-prezidentdir. Fikir versək görərik ki, hər agentin öz funksiyası vardır. Bu gün alt palata 5 – ci kolonun işi bundan ibarətdir ki, daxildə  təəssürat yaratmaqla Əliyevlər Krallığının ömrünü uzatsınlar. Bu səbəbdən söhbət Prezidentə çatdığı zaman agentləri rolu dəyişir və o mələk obrazında xalqa təqdim edilir!!!

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın