Rejim və bu rejimin çaqqal sürüsü mütləq cəzalanmalıdır

Aman Allah, ictimai həyatımızda nə qədər çaqqal var, ikiayaqlı çaqqallar, sürüynəndiye.
Deməli, neçə müddətdir ki, #AzərfreedomTV-də özünü ,,ana müxalifət” adlandıranların və onların söyüş söyən dəstəsinin ifşası gedir. Məlum olur ki, həqiqətən də bunlar rejim tərəfindən maliyyələşir və cəmiyyətdə ,,müxalifət” adlı rol alıblar. Bu proses 25 ildən çoxdur ki, davam edir. Təxminən son bir ildə isə xüsusi söyüş söyən efirlər və trol dəstələri yaradılıb. Və o da məlum oldu ki, bütün bunlara Ramiz Mehdiyev və onun sadiq köməkçisi Əli Həsənov başçılıq edir. Bütün bunları aşkara çıxaran isə Qurban Məmmədovdur. İzi azdırmaq və xalqı çaşdırmaq üçün, həmçinin ,, müxalifət”i təmizə çıxarmaq üçün Qurban bəyin Ramiz Mehdiyev və Əli Həsənovla əlbir olduğunu uydururlar və bu uydurmaları cəmiyyətə yeritmək üçün rejimə xidmət edən bütün çaqqal sürüsünü qabağa veriblər: efirlər, ayrı-ayrı blogerlər, jurnalistlər, siyasətdə olanlar və olmayanlar – hamısı çaqqallıq edir.
Bu proseslər də nə vaxtsa bitəcək, axı heç nə əbədi deyil, heydərizm kabusu da yox olacaq. Bəs heydərizmin zir-zibilləri, fəsadları, çaqqaları necə olacaq? Azərbaycanın başına gələn bütün bəlaların günahkarı olan heydərizm – konkret İlham Əliyev rejimi və bu rejimə xidmət edən çaqqallar sürüsü mütləq cəzalanmalıdır.

İmza; Yaqut Xəlilova

Bunu paylaş: