Rejimə xidmət edən KİV-lərə inanmaq olarmı ?

Dünən təzadlı gün yaşadıq: əvvəlcə Qurban Məmmədovun Türkiyədə tutularaq saxlanılması və ola bilsin Azərbaycana ekstradisiya olunması xəbəri, daha sonra isə Qurban bəyin İngiltərəyə-Londona qayıtması xəbəri. Qurban bəyin Türkiyədə saxlanılması və orada hansısa insidentin baş verməsini onun oğlu Qoşqar bəyin fb-dakı statusundan oxuduq. Dünən səhər isə Qurban bəy öz kanalında canlı çıxış edib artıq Londonda olduğunu bildirdi və bununla yanaşı görüşləri Türkiyədə deyil, başqa yerdə keçirdiyini amma təhlükəsizlik baxımından bunu gizli saxladığını dedi və baş verən anlaşılmazlıqlara görə üzr istədi. Ən önəmlisi isə odur ki, Qurban bəy bu söhbətdə, adı hallandığı üçün Türkiyə dövlətindən və xalqından üzr istədi və qeyd elədi ki, Türkiyə bizim üçün ən güvəniləsi, etibarlı qardaş ölkədir. Ancaq sən demə bir sıra kanallar, saytlar Qurban bəyin Türkiyədə tutulması və Azərbaycana ekstradisiya olunacağı haqda xəbər yaymışlar və kanalların hamısı ,,onlarda olan dəqiq məlumata istinad etdiklərini” bildirmişlər. Sual olunur: yalan məlumatı bu tərzdə yayanlar sabah müharibə vəziyyətində olan ölkəmiz haqda bir informasiya yaysalar bunlara necə inanmaq olar? Məlumatın yalan olması bir yana, Türkiyə kimi bizə qardaş və müttəfiq olan bir ölkənin adının da burda hallanması sizcə nə deməkdir? Məlum olur ki, bu kanalların hamısı hakimiyyət yönlüdür, yəni rejimə işləyir və ona görə də Türkiyənin adını da hallandırmaqla sevinclə bu xəbəri yaymışlar. Ancaq onların sevinci uzun çəkmədi və arzuları gözündə qaldı.

İmza; Yaqut Xəlilova

 

Bunu paylaş: