Real partiyasının real olmayan təklifi

 

Əziz dostlar, bir neçə gün öncə Azərbaycan hakimiyyətinin milli mənafelərimizə zidd olan Sülh sazişi müqaviləsi haqqında xəbər vermişdik. Çox keçmədi iqtidar içində saxta müxalifət rolunu oynayan partiya öz niyyətini büruzə verdi. Artıq həmin adı çəkilən partiyanın əməkdaşı Natiq Cəfərli, necə dövlətyönümlü partiya olduğunu bir daha sübut etdi. Açıqlamasında ermənilərin Azərbaycanın şəhərlərinə gəlməsinə razılıq verdiyini bəyan etdi və onlar rusiyameyilli siyasəti həyata keçirmələrinə start verdilər — xalqımızı, rusiyanın təkidi ilə tapşırıq əsasında ermənilərlə birgə yaşamağa vadar etmək niyyətindədirlər.

Sual olunur: Yenidən ölkəyə ermənilərin gəlməsinə icazə verilirdisə, niyə müharibə edib, bunca şəhid və bir çox əsgər qardaşlarımızı qazi etdiniz?
Planınız birgə yaşamaq idisə, niyə 30 il torpaqlarımızı işğal altında saxlatdırdınız?
Rusiyanın planlarını həyata keçirəcəkdinizsə, niyə Rusiya tərkibindən çıxıb müstəqil olduq?


Bəs niyə Irəvan xanlığından, Göyçə və Zəngəzur mahallarından, ümumiyyətlə, qədim İrəvanımızdan qovulan azərbaycanlılar barəsində kimsə bir söz demir?! Çox uzağa getməyək; bizim Xankəndimiz, Xocalımız, Xocavəndimizdə yaşamış vətəndaşlarımız niyə geri qaytarılmır. Natiq Cəfərli öz ağalarına bildirməlidir ki, hal -hazırda, yəni 90 – cı ildən bu günə kimi, Azərbaycanda 40 minə yaxın erməni yaşamaqdadır. Lakin Ermənistanda bir nəfər də olsun Azərbaycan vətəndaşı yaşamaır. Yaxşı olar ki, bəzi “əl oyuncağı” olan siyasətcilərimiz bu mövzunu ağaları qarşısında tələb etsinlər. Beləliklə, inanırıq ki, “Real partiyası” vəziyyətin reallığına öz iradələri əsasında qiymət verəcəkdir.

Rəşad Şıxəliyev.

Bunu paylaş: