Razi Nurullayev “millət vəkilləri” üçün kirayə pulu axtarır

 

Hörmətli oxucular, bildiyiniz kimi Azərbaycanın “Milli Məclisi” öz işinə başlamışdır. Deputatlar bir neçə aspektdə qanunları və yeni fikirlərini müzakirə etmişlər.
“Millət vəkilləri” nin içində Razi Nurullayevin təklifi maraqlı olmuşdur.
O, çıxışı zamanı bəzi millət vəkillərinin şəxsi evləri olmadığından, kirayə qaldıqlarını vurğulamışdır. Razi Nurullayevin təklifi isə, kirayə qalan “millət vəkilləri” nə ayrılan 220 manatın çox az olduğunu qeyd etmişdir. Bildirmişdir ki, dövlət budcəsindən deputatların kirayə pullarının artılırması üçün, əlavə vəsait ayrılmalıdır. Bu cür insanlar anlamırlar ki, “Milli Məclisin millət vəkilləri” xalqın problemlərini həll etmək üçündür, şəxsi problemlər üçün deyildir!.

Razi Nurullayevin bu çıxışına cavab verməmək mümkün deyildir. İlk öncə Azərbaycanda heç bir məmur, deputalar da daxil olmaqla, kirayədə qala bilməz. Çünki onları xalqdan oğurladığı pulların dəyərinə, nəinki, ev almaq olar, hətta, göydələn belə tikmək olar.
Kirayədə qalan millət vəkilləri isə, oğurladıqları pullarla heç bir zaman öz adlarına şəxsi mülk almırlar. Bütün korrupsioner və rüşvətxor ölkələrdə məmurlar bu taktikaya əl atırlar. Səbəbi isə sadədir – sahah həbs edildiyi təqdirdə, mülkləri dövlət tərəfindən müsadirə edilməsin.
Deyə bilərik ki, Azərbaycanda da məmurlar, ələlxüsus da “millət vəkilləri” xalqdan oğurladığı pulları öz yaxınlarının vasitəsilə ölkədən çıxarırlar. İnanın ki, həm kirayədə yaşayan “millət vəkilləri” nin xarici ölkələrdə öz yaxınlarının adına milyonlarla dəyərinində mülkləri vardır. Nümunə kimi, Böyük Britaniyanın korrupsiya polisinin mütəmadi olaraq Azərbaycan məmurları haqqında açdığı cinayət işlərini görə bilərik.
Beləliklə, adını millət vəkili qoyan, sifarişlə vəzifəyə gələn Razi Nurullayevə və onun kimilərinə bildirmək istərdik ki, xalq hər şeyi bilir və görür. Özünüzü yazıq və kasıb kimi aparmayın. Sizlərin xalqdan oğurladığı pullarla hətta kötükcənizə mülklər anlamaq imkanınız var.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın