Ravil Maqanov öldürülüb, yoxsa intihar edib?

Rusiyanın böyük neft-qaz şirkətlərindən biri olan “Lukoil”in  direktorlar şurasının sədri Ravil Maqanovun öldüyü deyilir. Məlumata görə o, xəstəxananın altıncı mərtəbəsindən yıxılaraq yerindəcə keçinmişdi. Çoxları bu hadisənin bədbəxt, bəziləri intihar, digərləri isə sui-qəsd olduğunu düşünür.

Nəzərə alsaq ki, Putinin Ukraynaya qarşı apardığı işğalçılıq siyasəti və Rusiyaya qarşı tətbiq olunan sanksiyalar ölkə daxilində vəziyyəti getdikcə gərginləşdirməkdədir.
Bilirik ki, bu sanksiyalardan, əsasən böyük şirkətlər əziyyət çəkir. Təsadüfi deyil ki, “Lukoil” şirkətinin rəhbəri olan Vahid Ələkbərov öz vəzifəsindən istefa etmişdir. Vahid Əlkbərov anlayırdı ki, müharibənin fəsadları çox böyük olacaqdır və Ravil Maqanov kimi həyatı bahasına başa gələcəkdir.

Ravil Maqanovun öldürülməsi kimə lazımdır? Bu mövzuda iki səbəb görməkdəyik.
İlk növbədə Putin böyük şirkətlərin gəlirlərinə nəzarəti üzərinə götürmüş və bütün büdcəni onların sərvəti ilə doldurmaqdadır. Üstəlik də Kremlin çox ağır günləri olduğundan müharibənin hər günü milyardlara başa gəldiyindən, yuxarı təbəqənin sərvətini almasıdlr ki, buna da “Lukoil”in direktorlar şurasının sədri etiraz etmişdir.

İkinci səbəb isə, Rusiyanın Ukraynaya qarşı apardığı işğalçılıq siyasətinə etiraz edən Ravil Maqanov, bədəlini canı bahasına ödəmiş oldu.
Rusiyanın yeni qanunlarına əsasən müharibəyə etiraz edən sıravi vətəndaş 10 ilə qədər həbs oluna bilər. Məsələ burasındadır ki, Putin Maqanovun etirazını bağışlamamış və onu bu şəkildə cəzalandırmışdır.

Görünür, Rusiyanın daxildə vəziyyəti getdikcə pisləşir, yuxarı elita artıq Putinə etiraz edir. O isə öz etiraz edən vəzifəlilərini bax, bu cür cəzalandırır.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın