Rasim Musabəyov 5-ci kolonun yetirməsidir

 

Parlament ağıllı və vətəninə xidmət edənlərin, qanunları xalqın xeyrinə tətbiq edəcək müdrik insanların yeridir. Nanəcib, 5-ci kolonun ikiüzlüləri üçün deyil. Seçildiyi gündən öz şan-şöhrətini düşünən, tapşırıqları sifarişlə siyadan alan Rasim Musabəyov, elin oğlu tanınmış İsfəndiyar Vahabzadəni az qala terrorist adlandıracaqdı.

Son günlər sosial şəbəkələrdə Jirinovskinin məlum çıxışından sonra, eks – səfir Vahabzadə rus dumasının “əl oyuncağı” Jirikə tutarlı və layiqli cavab verməklə, Azərbaycan daxilində gizlənmiş rus agentlərini üzə çıxmağa məcbur edib. Ölkə daxilində yüksək vəzifəyə yiyələnən məmurlar, niyə məhz digər ölkələrə xidmət etmə sevdası ilə yaşayırlar?
Ölkəmiz əmin əllərdə deyil. İçimizdəki naxələfləri təmizləmədikcə, hər an dövlətimiz təhlükə ilə üzbəüz qalacaq.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın