Ramzan Kadirov sanki Putinin etimadını itirib, onu qaytarmağa çalışır

 

Son zamanlar Çeçenistan lideri Ramzan Kadirovun aktivliyi gözə çarpmaqdadır. Bir tərəfdən, Qərbə Amerikaya söz atan Kadirov, son zamanlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan barəsində də, anormal fikirlər səsləndirmişdir.

Bu gün isə, onun Ukrayna barəsində dediyi sözlər ictimaiyyətdə birmənalı qarşılanmamışdır. Kadirov Ukraynanı Çeçenistana birləşdirmək istədiyini və oranı da Rusiya ərazisi kimi gördüyünü söyləmişdir. Bu çıxışı ilə, sanki Putinin niyyətini dünyaya elan edən Kadirov, beynəlxalq qanunları yaddan çıxarmışdır.
Onun sözlərinə görə Rusiya birbaşa məsuliyyət daşıya bilər.

Ramzan Kadirovun bu qədər coşmasının səbəbi nədir?

Fikir versəniz görcəksiniz ki, hansısa bölgə rəhbərinin beynəlxaq siyasətdə yekə addımlarla düzgün olmayan fikirlər söyləməsi şübhə yaratmaqdadır.
Bilirik ki, Qafqaz Rusiyanın ən ağrılı yeridir. Kremlin İllərdir orada yaratdığı təxribatlar, bu gün öz başlarında partlamaqdadır.

Ramzan Kadirovun sözlərinə fikir versək görərik ki, sanki Çeçenistanda vəziyyət gərgindir. Sanki Kadirov Putinin etimadını qazanmaq üçün dəridən – qabıqdan çıxır. Yəqin ki, çeçen lider nə vaxtsa yanlışlığa yol vermişdir. Putin isə bu şeyləri bağışlamır.
Bu səbəbdən ola bilsin ki, Ramzan Kadirov hər gün, Qərb siyasətinə hücum etməkdədir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın