Ramiz Mehdiyevin istefasının səbəbi

 

Nəhayət ki, Azərbaycan Milli Elimlər Akademiyasının prezidenti Ramiz Mehdiyev istefa verdi. AMEA – nın Rəyasət Heyətinin keçirdiyi iclasdan sonra, “qoca kommunist” in istefası qəbul edilib.

Verilən məlumatda istefanın səbəbinin yaşla əlaqəli olduğu deyilir.

Sabiq Prezident Administrasiyasının rəhbəri son vaxtlar gündəmdən düşmək bilmirdi. Bir neçə aydır ki, Ramiz Mehdiyevə qarşı etirazlar çoxalmışdı. Hətta hakimiyyətdə olan yaxınları vəzifəsindən azad edilirdi. Görünür, İlham Əliyev Ramiz Mehdiyevin buraxdığı səhvlərə görə onu bağışlamaq istəmir. Bəlkə də yaxın vaxtda sabiq AMEA – nın prezidentini Əli İnsanovun taleyi gözləyə bilər.
Aldığımız xəbərə görə Ramiz Mehdiyevin köməkçisi Eldar Əmirov saxlanılıb.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın