Ramiz Mehdiyev və deputatlar arasında müharibə başladı

 

Son günlər şou ulduzları kimi, Azərbaycan Milli Elimlər Akademiyasının rəhbəri Ramiz Mehdiyev də ölkə gündəmində qalmaqdadır. AMEA -nın daxilində baş verən qalmaqallı erirazları yoluna qoymamış, Ramiz Mehdiyev bu dəfə Milli Məclisə qırmaq atmış oldu. O, indiki deputatları tənqid edərək, İlham Əliyevə qarşı birlik nümayiş etdirməməkdə suçladı.

Milli Məclisdən isə, cavab çox gecikmədi. Deputat Aydın Hüseynov Ramiz Mehdiyevə:”Deputatlarla maraqlanmağa vaxt itirməsin, yaxşı olar ki, AMEA-da baş verən problemlərlə maraqlansın”,- cavabını verdi.
O, qeyd etmişdir ki, bu gün “millət vəkilləri” İlham Əliyevin siyasətini davam etdirir və ona dəstək olur.

Niyə Ramiz Mehdiyev deputlara etiraz edir?.
Bildiyiniz kimi, Ramiz Mehdiyev Azərbaycan Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışmışdır. Həmin zaman isə, deputatlıq mandatını yalnız sabiq Prezident Administrasiyasının rəhbərindən almaq olardı.
Yaxın tarixə qayıtsaq görərik ki, Ramiz Mehdiyev 2019 – cu ilin oktyabrında Azərbaycan Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilmişdir.
Azərbaycan parlamenti isə, 2019 – cu ilin noyabrında buraxılmışdır.
Beləliklə, görünür, Mehdiyev Paşayev klanına qarşı müharibə elan edib.

Bu gün isə, həmin vəzifələrə Paşayevlər başçılıq edir və bunu qoca kommunist özünə bir təhqir kimi qəbul edir. Bir sözlə, Ramiz Mehdiyevin kadrları vurulduqca, o daha da İlham Əliyevə qarşı hüçumlar edir.
Bu səbəbdən ilk olaraq hədəfi yeni sifarişli deputatlardır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın