Ramiz Mehdiyev və Əli Həsənovun vasitəsi ilə hakimiyyət tərəfindən maliyyələşən ,,müxalifət”in mövqeyi aydındır;

Qurban Məmmədovun evinin sökülməsi xoşagəlməyən hadisə oldusa da, amma bir çox mətləblərin də açılmasına səbəb oldu. Q. Məmmədovun ifşa etdiyi– Ramiz Mehdiyev və Əli Həsənovun vasitəsi ilə hakimiyyət tərəfindən maliyyələşən ,,müxalifət”in mövqeyi aydındır; yəni onları biyabır edən, iç üzünü açıb göstərən birisini hər vəchlə qaralamağa çalışacaqlar. Bu qarayaxma kampaniyasını aparmaq üçün ,,ana müxalifət”in kifayət qədər resursları-kanalları var( rejim bu barədə çox əliaçıqdır, xalqın vəsaitini hakimiyyəti əldə saxlamaq üçün geninə-boluna xərcləyirlər). Bu aydındır, bunu başa düşdük. Onu da deyim ki, informasiyanın mənbəyi dövlət kanallarıdır ( bu kanallar da ancaq hakimiyyətə xidmət adir). Bir-iki dənə həqiqi müxalifət hesab olunan partiyalar var ki, ya bu hadisəyə susdular, heç bir reaksiya vermədilər ya da ki, bəyənmədikləri, qərəzli hesab etdikləri həmin dövlət kanallarına istinad edib qarayaxma kampaniyasına qoşuldular– bax mən bunu başa düşmürəm; inanmadığın, bu rejimə xidmət edən kanallara necə istinad edə bilərsən? Və bundan sonra sizin səmimiyyətinizə necə inanmaq olar? Bataqlığa batıb çirkaba bulaşdıqca başqalarına qara yaxıb özlərini təmizə çıxarmaq istəyənlər kimə və nəyə xidmət edir? 27 ildə nəyə nail olmusuz? Parlamentdə naqis saydığınız nakəslərlə yanaşı oturub eyni düyməni basmaqla xalqa xidmət etdiyinizi düşünürsüz? Vallah, bunları görüb, dərk edib, ifşa etmək çox üzücüdür, çünki itirən yenə də bizik, qazanan isə bizdən olmayanlardır. Bəsdir oyun oynadığınız, bu xalq qəzəblənib nə vaxtsa qalxsa rejimi də, ,,müxalifət”i də ayaqları altına alacaq və haqq edəcək. Bircə o gün tez gələrdi.

İmza; Yaqut Xəlilova

Bunu paylaş: