Ramiz Mehdiyev hücuma keçdi?

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA -nın prezidenti, akademik Ramiz Mehdiyev:
„Nankorlar sabah başqalarına qarşı da eyni nankor yol tutacaqlar. Məni əsassız tənqidlər belə o dərəcədə narahat etmir, lakin məni ən çox narahat edən yaxşılıq elədiklərimin, həyatını belə xilas etdiklərimin, ayağa qaldırdıqlarımın, məni görəndə ikiqat baş əyənlərin… bu gün mənə düşmən kəsilməsidir, nankorluğudur. Əgər həmin şəxslər barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək Respublikadan baş götürüb qaçsınlar. Aləm bir-birinə dəyər. Onlardan bəzilərini isə məhkəməyə verəcəyəm. Yazdıqları yalanlara, olmayan hadisələri uydurub söylədiklərinə görə yox, onların nankor olduqlarını cəmiyyətə sübut etmək üçün”.
Görəsən bu sözləri Ramiz Mehdiyev kimlərə şamil edir?
Söhbət aşağı elitadan yox, yuxarıdakılardan gedir. Mehdiyevin bu çıxışında bəlli olan məsələ kimin ona qarşı əmr verdiyindən gedir. Azərbaycan xalqı artıq çox gözəl anlayır ki, Heydər Əliyevin ölümündən sonra dövlətin siyasətini müəyyən edən əsas insan Ramiz Mehdiyev olmuşdur.

İmza; Rəşad Şıxəliyev.

Bunu paylaş: