Ramiz Mehdiyev “AMEA” -da nəzarəti öz əlinə almaq istəyir

Milli Elimlər Akademiyasının rəyasət heyətinin növbəti iclası keçirilmişdir. AMEA- nın prezidenti Ramiz Mehdiyev müəssisə,idarəçilik sistemlərində çatışmazlığın olduğunu bildirmişdir. Bu yolla Ramiz Mehdiyev bütünlüklə AMEA-nı özünə tabe etmək fikirindədir. Mehdiyevin məqsədi AMEA -da subordinasiya (nizam-intizam və rəhbərə tabe olmaq mənasını verir) qaydalarının yaratmaqdır. AMEA-nın prezidenti hər kəsi özünə tabe etməklə, az da olsa, əvvəlki şöhrətini özünə qaytarmaq istəyir. 2007 -ci ildən AMEA -nın üzvü olan Ramiz Mehdiyev niyə o vaxt da bu çatışmazlıqları dövlət səviyyəsində həll etməmişdir?. İlham Əliyev hakimiyyəti yaxşı düşünməlidir ki, illərdir prezident adminstrasiyasının rəhbəri işləyən və qüsurlarına görə işdən çıxarılan belə bir insan niyə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsində saxlanılır.

Mikayıl Əsədov.

Bunu paylaş: