Ramiz Mehdiyevə layiqli zərbə

 

Hörmətli oxucular, sizlərə Azərbaycan Milli Elimlər Akademiyasında Ramiz Mehdiyevin hegemonluğundan daim məlumat vermişik. Ramiz Mehdiyev AMEA-nın sədri vəzifəsinə gəldiyi gündən Azərbaycanın savadlı alimlərinə qənim kəsilməkdədir. Hər kəs bilir ki, “Qoca Kommunist” Prezident administrasiyasının rəhbəri işlədiyi dönəmdən bu cür əmllərini icra edir və bu günə kimi Azərbaycanın elmi sərvətlərinə qarşı düşmən mövqeyi tutmaqdadır. AMEA-nı öz monopoliyasına cevirərək xalqın gələcək və keçmiş tarixini məhv etmək fikrindədir.

Təbii ki, bu kommunistə yol açanların biri də ölkə prezidenti İlham Əliyevdir. Klan rəhbəri artıq keçmiş kadrlarının bəzilərini AMEA – da “qocalar evi” nə yığmağa davam edir.
Hər kəs bilir ki, AMEA – da Mehdiyevə boyun əyməyənlər səbəbsiz yerə işdən çıxarılırlar. Daha bir hədəf bir müddət əvvəl, həmin qurumun Mərkəzi Elmi Kitabxanasının direktoru Sevil Zülfüqarova olmuşdur. MEK – in direktoru Ramiz Mehdiyevi məhkəməyə vermişdir. Aldığımız xəbərə əsasən Səbail Rayon Məhkəməsi yaxın zamanda bu barədə qərar verəcəkdir.

Ramiz Mehdiyev vəzifədə olduğu zaman ilk dəfədir ki, biabırcasına məğlub oldu. Sizlərə bir müddət əvvəl AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyevin də belə bir haqsızlıqla qarşılaşdığını xəbər vermişdik. Əlövsət Quliyev və Ramiz Mehdiyevin məhkəməsində, hakim “Qoca kommunist” in AMEA-dakı əməllərini qanunsuz saymışdır.

Aldığımız xəbərə əsasən, Əlövsət Quliyev artıq, köhnə işinə geri qaytarılaraq Ramiz Mehdiyevə həyati zərbə vurmuşdur. İllərdir demək olar ki, Azərbaycanı idarə edənlərdən biri olan Ramiz Mehdiyevə hələ belə bir zərbə vuran olmamışdı.

Mikayıl Əsədov.

Bunu paylaş: