Ramin Bayramlı “peşka” olmaqdan vaz keçdi

 

Şəxsən mən,Təbib rəhbəri əmr qulu sayılan Ramin Bayramlını alqışlayıram.Vəzifəsindən istefa verməsinin qarşılığında minnətdarlığımı bildirirəm.Ölkəmizdə bu kimi halların əvvəllər baş vermədiyi üçün,bizə qəribə gələn,əslində isə reallığın belə olması ikən, əmr qulu Ramin Bayramlının bu addımı xoşa gələn oldu.Artıq il yarım olar ki, Ramin Bayramlı hakimiyyətin yeni oyunu pandemiya durumunu yenidən gündəmə gətirərək,xalqın əsəblərini tarıma çəkməmək və bu oyunun “peşka”-sı olmaqdan vaz keçdi.Sosial şəbəkədə qınaq obyekti olan keçmiş Təbib rəhbəri,millətin qəzəbinə tuş gəlməmək üçün öz nüfuzu üçün istefa verməli oldu.Qaldı ki, Ramin Bayramlının villa tikdirməsinə, aramızda qalsın, eks – Təbib rəhbəri tək Koronoya görə pul qazanmırdı..

Rejim yeni seçim etməlidir.Görək bu səfər Covid -19 virusunun yeni oyuncağı kim olacaq?

Əlavə edək ki, bir müddət əvvəl Ramin Bayramlı, tikdirdiyi evi ilə ölkə gündəmini silkələmişdi.. Bəziləri isə, bu evin tikintisində korrupsiya, rüşvətxorluq və qanun pozuntularının olduğunu qeyd edərək, sabiq Təbiib rəhbəri barəsində istintaq işinin açılmasını tələb etmişdir.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın