Rəsmi Bakı siyasətin istiqamətini dəyişdi

Qardaş Türkiyəmizin Xarici İşlər Naziri hörmətli Mövlud Çavuşoğlu və Rusiya Xarici İşlər Naziri Sergey Lavrov arasında telefon danışığı olmuşdur. Bu görüşdə işğalçı Ermənistanın mülki əhalini atəşə tutmasından və ordusunu Azərbaycan torpaqlarından çıxarılması müzakirə olunmuşdur. Artıq Azərbaycanın siyasi gedişi və əsasən də qardaş Türkiyəmizin dəstəyi nəticəsində Qarabağın həlli prosesi Ankaranın nəzaretinə keçməkdədir. Bir neçə gün əvvəl isə Sergey Lavrov ve Ceyhun Bayramov arasında telefon görüşməsi olmuşdur. Kreml artıq gözəl anlayır ki, Türkiyəsiz Dağlıq Qarabağın həlli yoxdur və həll şərti də Türkiyəmiz tərəfindən dəfələrlə səsləndirilmişdir. Rusiya çox gözəl anlayır ki, Azərbaycan torpaqlarını işğaldan azad etdikcə rusların da təsir gücü azalır.

Mikayıl Əsədov.

Bunu paylaş: