Rəsmi Bakı Ermənistan üçün iki yol göstərdi

Ermənistan Baş Naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev bir – birinin ardınca sülh müqaviləsi imzalamağa hazır olduqlarını bildirdilər.
Lakin bu çıxışlardan sonra Naxçıvan – Ermənistan, Azərbaycan -Ermənistan, “Rusiya sülhməramlıları” nın yerləşdiyi yerlərdə atəş səsləri açılmağa başladı. Ermənistan tərəfi bir əsgərinin öldüyünü, iki əsgərinin yaralandığını iddia edir. Bu gün bölgədə anlamaq olmur ki, hər iki ölkənin lideri sülh dediyi bir vaxtda niyə atəşkəs pozulur.

Azərbaycan Müdafiə naziri Zakir Həsənov Mərkəzi Komanda Məntəqəsində müşavirə keçirərkən maraqlı açıqlama ilə yadda qalmışdır. O, düşmənin bütün təxribatlarına qəti şəkildə adekvat cavab verilməsi əmrini vermişdir. Müdafiə naziri bununla Ermənistana xəbərdarlıq etmiş olur ki, əgər bu dəfə də sülh danışıqlarını pozmağa çalışsanız, cavabımız sərt olacaqdır.

Digər tərəfdən, Azərbaycan Ermənistana mesaj göndərir ki, sülhün digər alternativ yolu müharibədir. Seçim isə, rəsmi İrəvanındır. Azərbaycan tərəfi hər şeyi paralel aparmaqla hər iki vəziyyətə hazır olduğunu anladır. İlham Əliyev sülh dediyi vaxta, Zakir Həsənov paralel olaraq adekvat cavab verin deyirsə, burda aydın olmayan heç nə qalmır. Hər şey Paşinyanın verdiyi qərardan aslıdır. Yaxın zamanda bunun şahidi olacağıq.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın