Rəhim Qazıyevin hüquqları təmin olunmur

 Bir müddət əvvəl Rəhim Qazıyevin məhkəməsi keçirilmişdir.Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan keçmiş Müdafiə naziri Rəhim Qazıyev ev dustaqlığına buraxılması üçün məhkəməyə müraciət etmişdir. Məlumata görə, vəkili Elçin Sadıqovun onun ev dustaqlığına buraxılması üçün məhkəməyə etdiyi müraciət təmin edilməyib. Bu qərardan appelyasiya şikayəti verilib.  Bakı Appellyasiya məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə məhkəmə prosesi keçiriləcək. Qeyd edək ki, R.Qazıyev Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri ilə təqsirli bilinərək (iyul döyüşləri zamanı) saxlanılıb. Səbail rayon məhkəməsinin qərarı ilə R.Qazıyev barəsində 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilib.Rəhim Qazıyevin həbsi, Tovuz döyüşləri zamanı xalqa dəstək verməsi səbəbindən baş tutmuşdur.

Bunu paylaş: