Rəcəb Tayyib Ərdoğandan Vladimir Putinə açıq ismarıc

 

Bildiyiniz kimi Ukrayna prezidenti Vladimir Zelenski Türkiyədə rəsmi səfərdədir. Bu səfər zamanı Vladimir Zelenski və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan birgə mətbuat qarşısında açıqlama vermişlər. Hər iki dövlət başçısı bu görüşdən yüksək səviyyədə razı qaldıqlarını dilə gətirmişlər. Burda yüksək səviyyəli razılıq birbaşa Rusiyaya işarə kimi də qiymətləndirilə bilər. Ukrayna prezidenti bildirmişdir ki, bu səfərin məqsədi Türkiyənin bizə dəstəyinin vacibliyidir.


Bu görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da öz növbəsində Ukraynanın suverenliyinin vacibliyini açıq şəkildə qeyd etdi. Hər kəs bilir ki, Rusiya tərəfi bu görüşü diqqətlə izləməkdədir. Son vaxtlar Ukrayna-Rusiya gərginliyi Kremlin Ankaraya münasibətini dəyişdirə bilər. Bu görüşdə Rəcəb Tayyib Ərdoğan birbaşa Vladimir Putinə bir siyasi ismarıc yollamış oldu. Türkiyə prezidenti Qara dənizdə sülhün vacibliyindən söhbət açmışdır. Zelenskinin bu səfərinin əsas məqsədi, Ukraynanın müharibə başladığı halda Türkiyə tərəfindən müdafiə edilməsidir.

Digər tərəfdən isə Türkiyənin “Montrö” müqaviləsindən çıxması Rusiyanı daha da narahat etmişdir. Həmin müqavilədə önəmli məqam Amerika gəmilərinin Qara dənizə Türkiyənin icazəsi olmadan daxil olmasıdır. Bu səbəbdən Amerika gəmilərinin Qara dənizə girməsindən Kreml narahat olmuşdur.
Sonda isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir daha Ukrayna xalqının yanında olduğunu dilə gətirmişdir.

Mikayıl Əsədov.

Bunu paylaş: