Rəcəb Tayyib Ərdoğandan, vacib “Bayraktar” açıqlaması

 

Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan maraqlı çıxışla yadda qalmışdır. O, çıxışı zamanı Türkiyə istehsalı olan silahlardan söhbət açmışdır. Daha çox diqqəti isə Türkiyə istesali olan Pilotsuz Uçuş Aparatına yönəltmişdir. R. T. Ərdoğanın mühüm açıqlamaları bütün dünyanı düşündürməyə vadar etmişdir.

O, bildirmişdir ki, bir neçə il bundan əvvəl Bayraktarın istehsalı üçün hissələrini başqa ölkələrdən ixrac edirdilər. Lakin Türkiyə prezidenti açıqlama verərək bu gün, Bayraktar istehsalı olan PUA-ların hissələrinin yerli istesal olduğunu söyləmişdir. Hətta daha bir açıqlama verərək, PUA-ların üzərindəki silahların belə yerli istesal olduğunu söyləmişdir.

R. T. Ərdoğan bu çıxışla Türkiyə hərbi sənayesinin inkişafından xəbər verməklə, bəzi ölkələri təlaşa salmaq istəyir. Yaxın zamanlarda Türkiyə yeni silahlar istesal edəcəyini söyləməklə, Türkiyənin dünya silah bazarında mühüm çəkiyə sahib olduğunu göstərmək istəyir.

Mikayıl Əsədov.

Bunu paylaş: