Rəcəb Tayyib Ərdoğandan Rusiyaya Qarabağ mesajı

Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz adminstiratsiyasında Nazirlərlə keçirdiyi görüş zamanı Dağlıq Qarabağ ve 7 rayonla bağlı dünyaya səslənərək Ermənistanın Rusiyanın əli ilə Azərbaycana qarşı hücum təxribatlar törətdiyini və dünyanın buna səsiz qalmasını bildirmişdir. Hörmətli Ərdoğan Liviyada, Suriyada, Yəməndə ve s. dünyanın bir çox yerində Türkiyənin humanitar mövqeyindən bəhs ederək Azerbaycanın işğal altındakı torpaqlarında da bunu davam etdirəcəyini bildirmişdir.Türkiyə prezdenti çıxışı zamanı ,,Ermənistan və havadarlarının bu yoldan cəkilməsə qarşılarında bizi görəcəklər” söyləməsi işğalçı Ermənistanı qorxuya salmışdır. Sonda Rəcəb Tayyib Ərdoğan -biz Türkiyə olaraq hər zaman Azərbaycanın yanındayıq söyləmişdir. Xatırladaq ki, bir necə saat əvvəl Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu da Ermenistanın Azərbaycana hücumunu pisləmişdir.

İmza; Mikayıl Əsədov.

 

Bunu paylaş: