Rəcəb Tayyib Ərdoğandan dünyaya Qarabağ mesajı

Dünən Türkiyə prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan Afrika İqtisadi və İş Forumunun açılış mərasimində çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Cənab Ərdoğan çıxışı zamanı qəti deyib ki, Dağlıq Qarabağdan işğalçı Ermənistan ordusu çıxmadan sülh danışıqlarından söz gedə bilməz, çünki Azərbaycan torpaqları artıq 30 ildir işğaldadır. Bu reallığı dünya ictimaiyyətinə çatdıraraq bildirmişdir ki,bu barədə Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsi işğalçı Ermənistan tərəfindən icra edilməlidir.Azərbaycan öz əzəli torpaqlarında döyüşdüyünü və işğaldan azad etmək hüququna malik olduğunu hər kəs bilir. Hər zaman Azərbaycanın yanında olan Türkiyəmizə dərin minnətdarlığımızı bildiririk.İki dövlət ,bir millət əbədidir.

Mikayıl Əsədov.

Bunu paylaş: