Rəcəb Tayyib Ərdoğandan İsrailə jest

 

Hörmətli oxucular, ara-sıra sizlərə Türkiyə İsrail yaxınlaşması barəsində xəbər vermişik. Qara Mərmərə gəmisinə hücumdan və Fələstinlilərə qarşı problemlərin olması üzündən Ankara və Yerusəlim arasında əlaqələr 3 – cü dərəcəyə düşmüşdür.

Yaxın Şərqdə mühüm rol oynayan hər iki dövlət, anladı ki, bir – biri ilə qərəzli mövqedən çıxış edə bilməzlər. Son bir neçə ildə, iki dövlətin arasında birbaşa əlaqələrin olmaması bölgədə gərginliyin artmasına səbəb olmuşdur.

Buna baxmayaraq ilk addım Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan gəldi. O, sensasiyalı açıqlama verərək, İsraillə əlaqələrin yaxşılaşdırılmasının vacibliyini bildirmişdir. Lakin Ərdoğan qeyd etmişdir ki, rəsmi Ankara buna hazırdır, əgər İsrail Fələstin məsələsinə daha həssas yanaşsa. Bununla da Türkiyə lideri bildirmişdir ki, İsrail Qüdsdəki Əl-Əqsa məscidinə də etiyatla yanaşmalıdır.

 

Beləliklə, görünür, Türkiyə və İsrail arasında buzlar əriməyə başlamışdır. Hər iki dövlətin yaxın şərqdə böyük çəkiyə malik olması da vəziyyətin birgə həll edilməsinin vacibliyinin göstəricisidir. Yəni rəsmi Jerusəlim və rəsmi Ankara anlayır ki, bölgədə vəziyyəti birgə həll etməkdən başqa çıxış yolları yoxdur.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın