Rəcəb Tayyib Ərdoğan və Məhəmməd bin Salman görüşü

Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salman Türkiyəyədə səfərdə olduğu zaman, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmüşdür. Görüş zamanı Krallıq və Türkiyə arasındakı bəzi məsələlərin müzakirə olunduğu deyilir.
Araşdırmamız bunu göstərir ki, Bin Salmanın Türkiyəyə səfərinin məqsədi əsas iki böyük məsələnin həll edilməsinə yönəlmişdir.

İlk öncə bilirik ki, Səudiyyə Kralı Əbdüləziz bin Salamın sağlamlığı ilə bağlı vəzifəsindən gedəcəyi gözlənilir; o, illərlə Qərblə əməkdaşlıq etsə də, onlara inanmır. Bu səbəbdən gələcək varisi Məhəmməd bin Salmanın gələcəyini Türkiyə dövlətinə tapşırmaq istəyir. Bu barə sizlərə əvvələr bildirmişdik.

Bu görüşün ikinci tərəfi isə, Türkiyə ilə bağlıdır. Son zamanlar Ərdoğan hökuməti üzləşdiyi sanksiyalar üzündən, ölkədə iqtisadi sıxıntılar baş verməkdədir. İqtisadi sıxıntılar isə, bir başa türk lirəsinə təsir edir.
Nəzərə alsaq ki, bir neçə aydan sonra Türkiyədə seçkilər baş verəcəkdir. Ərdoğan isə, xalqın ekonomik problemlərini həll etmək üçün Səudiyyə Ərəbistanından maliyyə dəstəyi ala bilər. Burada maliyyə dəstəyi dediyimizdə investisiya nəzərdə tutulur. Yəni Məhəmməd bin Salman öz varlı təbəqəsini Türkiyəyə yönəltməklə qardaş ölkəni ağır durumdan qurtara bilər.
Türkiyə və Səudiyyə Ərəbistanı görüşündə silah alveri də istisna deyil. Rəsmi Ankara bəzi müasir silahlarını Səudiyyə Ərəbistanına sata bilər. “Bayraktar”, “Akıncı”, “Hisr”, “Boral” və s…
Bir sözlə, ərəblər Yəmənlə müharibə vəziyyətində olduğunu nəzərə alaraq, öz 100 milyardlı silah alışını Qərb üzərindən Türkiyəyə yönəldə bilər. Üstəlik də İrana qarşı yeni birliyin yaranması kimi dəyərləndirilə bilər…

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın