Rəcəb Tayyib Ərdoğan: umid edirəm ki, Fransa səhvini düzəldəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata açıqlama verərək Fransa Prezidentinin və senatlarının qərəzli mövqelərinin yalnış olduğunu söyləmişdir. Ərdoğan Makronun tarixi və hüquqi əsaslar olmadan Dağlıq Qarabağa aid çıxartdığı qətnaməni pisləmişdir. Ərdoğan Makronun Fransaya və fransız xalqına qarşı bir təhdid olduğunu bildirmişdir. Türkiyə Prezidenti: “Əgər Makronun ermənilərə sevgisi belə çoxdursa, Fransanın Marsel şəhərini ermenilərə versin” nitqini söyləmişdir.
Fransanın bu qərarına artıq rəsmi Bakı son bir həftədə ikinci dəfə NOTA göndərmişdir. Fransanın Azərbaycandakı səfiri Zaxari Gross bidirmişdir ki, bir şey hamıya aydın olmalıdır: Fransa höküməti Fransa parlamentinin müstəqilliyini tanıyır, amma Qarabağın müstəqilliyini tanımır. İnaniriq ki, Fransa kimi bir dövlət tezliklə bu yalnışlığı düzəldəcəkdir.

Mikayıl Əsədov.

Bunu paylaş: