Rəcəb Tayyib Ərdoğan Skandinavlara xəbərdarlıq etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı İsveç və Finlandiyaya xəbərdarlıq etmişdir. O, Madrid danışıqları və orada imzalanan sənədə görə skandinavlardan cavab gözlədiyini bildirmişdir.
Görünür, bəziləri Türkiyənin güzəştə getməsini istədiyini deməklə Rəcəb Tayyib Ərdoğanı qəzəbləndirmişdir.O: “İsveç və Finlandiyanın bizdən heç bir güzəştə getməməyimizi gözləməlidir”,- sözünü söyləmişdir.

Görünür, Türkiyədən bəzi dövlətlər xahiş ediblər ki, hər iki dövlətə güşət etsin. Ərdoğan isə bundan qəti şəkildə imtina etmişdir.

Maraqlısı budur ki, NATO – ya daxil olmaq istəyən iki dövlət öz xalqının təhlükəsizliyini, gələcəyini hansısa terrorçulara qurban verməkdədir.
Belə çıxır ki, terrorçuları maliyyələşdirən, dəstəkləyən elə bəzi Qərb ölkələridir?

Təbii ki, burada İsveç və Finlandiya insan haqlarını önə çəkərək bu məsələdə əsl sifətini gizlətməyə çalışır. İnsan haqlarlndan danışan hər iki skandinav ölkəsinə qaçqınlarla davranışlarını xatırlatmaq istərdik.

Bu gün Madrid danışıqlarından bir müddət vaxt keçsə də, İsveç və Finlandiya hələlik götürdükləri öhdəlikləri yerinə yetirmək istəmir. Bu səbəbdən Rəcəb Tayyib Ərdoğan onlardan konkret cavab gözlədiyini qeyd etmişdir. Hələlik Türkiyənin bu tələbinə Helsinki və Stokholmdan cavab yoxdur…

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın