Rəcəb Tayyib Ərdoğan Şuşada, “Türk NATO” -sunun təməlini qoydu

 

Hörmətli oxucular, bildiyiniz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Qurtuluş Günü ölkəmizə səfərə gəlmişdir.

Türkiyə prezidentinin 15 iyun Qurtuluş Günü zamanı olkəmizə səfər edərək, qədim mədəniyyət şəhərimiz olan Şuşaya səfər etməsi mühüm hadisələrdən biridir. İlham Əliyevlə birgə Şuşadan mühüm çıxışlar etməsi Ermənistanı və havadarlarını narahat etməkdədir.

 

Aldığımız xəbərə əsasən iki ölkə arasında 11 bəyanat imzalanmışdır. Bu bəyanatlarda əsas diqqəti çəkən məqam, qədim bölgəmiz olan Zəngəzurdur. Digər tərəfdən, bu bəyanat hər iki ölkəyə üçüncü dövlət müdaxilə edərsə, buna cavab olaraq iki ölkənin birgə cavab vermək imkanı verir. Üçüncü əsas məqam isə Şuşada Türkiyənin baş konsulluğu açılacaqdır. Hər iki ölkə arasında birgə hərbi – texniki əməkdaşlıq da nəzərdə tutulmaqdadır.


Türkiyə prezidentinin Şuşada bu müqavilələri imzalaması, Türk dünyasına NATO – nun ilk addımı kimi də qiymətləndirilə bilər. Bu tarixi görüşdən sonra, Azərbaycanda Türkiyə hərbi bazalarının acılması baş tutacaqdır. Bu görüş Türk birliyi tarixində mühüm məsələlərdən biridir.Artıq rəsmi şəkildə dünyaya mesaj vrildi ki, Azərbaycan tək deyil, onunla hesablaşmadan ölkəyə müdaxilə edilə bilməz.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın