Rəşadətli ordumuz, yeni əraziləri azad etdi

Bu gün yenə sevindirdi bizləri rəşadətli ordumuz. Sizlər nə qədər varsınız, üçrəngli bayrağımız bütün Qarabağımızın rayonlarında dalğalanacaq. Biz sizinləyik, ayaq səsiylə erməni işğalçılarını susduran, onların vəhşicəsinə işğal etdikləri torpağımızın hər qarışını canı ilə, qanı ilə alan Vətənimin igid oğulları!
Müzəffər Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar; Cəbrayılın Yuxarı Məzrə, Yanarhac; Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı; Zəngilanın Beşdəli; Xocalının Qarabulaq, Moşxmaat; Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Mikayıl Əsədov.

Bunu paylaş: