Rəşadətli ordumuz düşməni bütün cəbhədə məhv edir

Şanlı Azərbaycan ordusunun zəfəri işğalçı Ermənistanın ordusunu və iqtisadiyyatını məhv edib. Azərbaycan ordusu hər dəqiqə yeni ərazilər azad edərək döyüş meydanında düşməni məhv edir. Azərbaycan ordusu düşmənə məxsus külli miqdarda əsgər gücü və hərbi texnikalarını məhv edərək torpaqlarımızı azad etməkdədir. Artıq bu barədə işğalçı Ermənistan etiraf edərək geri çəkildiklərini bildirmişlər. Demək olar ki, düşmənin Hava Müdafiə Sistemlərinin 60 faizi sıradan çıxarılmışdır. Dünən aldığımız məlumata görə düşmən Qubadlı şəhəri yaxınlığında darmadağın edilmişdir. Bu gün düşmənin bir neçə yüksək rütbəli zabitləri də məhv edilmişdir. Ordumuzun peşəkarlığını görən düşmən, qaçmaqdan başqa çıxış yolu olmadığını anlamışdır. Biz sizinlə qürur duyuruq Azərbaycan əsgəri. Tezliklə üç rəngli bayrağımızın Şuşada dalğalandığını görəcəyik.

Rəşad Şıxəliyev.

Bunu paylaş: