Rəşadətli ordumuz düşmənə göz açmağa imkan vermir

Düşmən ordusu Zəngilan, Qubadlı və Xocavənd istiqamətində yenidən hücum etməyə çalışmışdır. Lakin rəşadətli ordumuz düşmənə ağır zərbə vuraraq bir neçə strateji nöqtələri azad etmişdir. Düşmən ordusunun bir neçə tankı, zirehli maşınları, topları, raket artilleriya qurğuları, canlı qüvvələri və bir neçə alay komandirləri məhv edilmişdir. Qubadlı, Zəngilan istiqamətində isə məhv edilən düşmən ordusundan küllü miqdarda silah -sürsat qənimət götürülmüşdür. Ermənistan ordusunda artıq panika yaranaraq əsgər və zabitlər döyüşməkdən imtina etməyə başlamışlar. Artıq Qarabağımızın mərkəzi olan Şuşa şəhərində ordumuzun səsləri eşidilməkdədir, bu barədə Ermənistanın yüksək rütbəli məmurları etiraf etmişlər. Artıq Azərbaycan ordusunun qüdrəti bütün dünyada eşidilməkdədir.

Mikayıl Əsədov.

Bunu paylaş: