Rüstəm Muradov əsir düşən hərbçimizə baş çəkib…

 

Hakimiyyətin maraq dairəsində olmayan əsir duşən hərbçimizə, “sülhməramlıların” generalı Rüstəm Muradov baş çəkib. Azərbaycan əsgəri Cəmil Babayevin sağlamlığı və saxlanma şəraiti ilə tanışlıqdan sonra, ailə üzvləri ilə əlaqə qurulmasına imkan yaradılacağına dair açıqlama verib. Qeyd edək ki, Cəmil Babayev avqustun 25-də Ağdərə şəhərində həbs olunub. Ermənistan KİV-nə istinadən qeyd olunur ki, hərbçimiz evlərin birinə daxil olaraq, yeniyetmələrdən siqaret və yemək tələb edib.

Yemək verdikdən sonra, siqaret alacaqlarını bildirən yeniyetmələrdən biri, fürsətdən istifadə edərək,polisə zəng edib.
Azərbaycan MN-nin yaydığı məlumatda isə əsir düşən əsgərimiz barədə cinayət işi başladılıb. Onun Gəncə hospitalının psixatriya şöbəsini necə tərk edərək, Ağdərəyə yollanması barədə hələ ki, açıqlama yoxdur.
Öz doğma torpağımızda işğalçılar tərəfindən həbs olunmamız isə başqa bir dərddir…

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın