Rüşvətin kökünü kəsmək olarmı?

 

Azərbaycanda idarəetmə elə qurulub ki, hər addımbaşı əlin çibində olmalıdır. Ölkəni idarə edən sistemlərdən biri isə polislərdir. Daxili işlər işçiləri sanki rüşvətə and içərək, işə qəbul olunurlar.

Ölkədə rüşvətin baş alıb, tüğyan etdiyi bir vaxtda, daha bir rüşvət video görüntüsü əks olunan polis işçisi, hədəfə tuş gəlib. Həmin kadrlarda “güya” qayda pozuntusu etmiş sürücüləri cərimələyirlər. Əslində onlar da acıq şəkildə rüşvət alırlar. 15-20 min azn rüşvət verməklə, polis orqanına cəlb olunan vətən qayğıkeşlərinin əməlləri bundan artıq olmamalıdır.

Rüşvətlə işə daxıl olan polisləri, bir şey düşündürür. Düşündükləri isə verdikləri ənamın (rüşvəti) xalqın cibindən 5 qatını çıxartmaqdır. Dolayısı ilə verdikləri rüşvəti geri almaq nəinki polislərdə, bütün dövlət qurumlarındadır. Bugünkü gün, Azərbaycanda İlham Əliyevin yeritdiyi siyasət nəticəsində, rüşvətxorluq durumu davam etməkdədir. Təəssüf ki, ölkəmizin səhiyyəsindən, polisindən, təhsilindən hakimiyyətə qədər, dövlət məmurlarının əli rüşvət yığmaqla məşğuldur. Bunun qarşısını almaq mexanizmi xalqın əlindədir. Ölkə Prezidenti dəfələrlə çıxışlarında, hər şeydən agah olduğunu qeyd etsə də, kimsəni cəzalandırmayıb.

Məmurlar vəzifədən kənarlaşdırıldıqdan sonra araşdırmalar aparılır və dövlətə külli miqdarda ziyan vurma maddəsi ilə cinayət işi açılır. Ölkədə özbaşınalığın, rüşvətin, korrupsiyanın kökünü kəsmək üçün bu rejimi və sistemi yerli – dibli dəyişmək lazımdır.
Hərzamankı kimi hər şey xalqın öz əlindədir…

Rəşad Şıxəliyev.

 

Bunu paylaş:

Bir cavab yazın