Rövnəq Abdullayevin oğluna yeni saat alınır?

 

“Dövlət” Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev və oğlu yenə də gündəmi zəbt etməkdədir.
Bir müddət öncə Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin oğlu haqqında yeni xəbər yayılmışdır. Bildiyiniz kimi, adı çəkilən şəxsin oğlu, bir müddət əvvəl İspaniyada saatı ilə qalmaqal yaradaraq gündəmə gəlmişdi. Deyəsən oğurlanmış saatın ziyanını neftin gəlirindən gələn pullarla yeniləmək istəyirlər. Belə ki, 12 milyarda yaxın borcu olan və 1,7 milyard manat zərər etmiş Dövlət Neft Şirkətinin prezidentinə və 12 vitse – prezidentinə 1milyon 376 min manat əlavə ödəniş verilib. Bu barədə DNŞ-nin illik maliyyə hesabatında qeyd edilib.

Ölkənin indiki durumunda aztəminatlı ailələrin 190 və uşaq puluna ehtiyacı olduğu bir vaxt, oliqarxlara, oğrulara, korrupsionerlərə bu qədər əlavə ödəniş nə səbəbə edilib? Bu qədər borc içində olan DNŞ görəsən, hansı mənsəbə qulluq edir?. Yoxsa borcları xalqın adına yığırlar ki, gələcəkdə milləti çökdürsünlər. Niyə bəs bu qədər borcu olan ADNŞ -nə niyə pul ayrılır? Olmaya, yeni saat modeli satışa çıxarılıb?.
Görünür, məmurlar dövlətin sərvətini alilikcə mənimsəməkdədirlər. Çox təəssüf ki, xalq , sadəcə, müşahidə etməklə kifayətlənir.

Rəşad Şıxəliyev.

 

Bunu paylaş:

Bir cavab yazın