Rövnəq Abdullayev işdən çıxarıldı, hədəf Bəylər Əyyubovdur?

 

Hörmətli oxucular, bir neçə ay bundan əvvəl axh-az.com xəbər portalımızda, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbəri Rövnəq Abdullayevin vəzifəsindən azad ediləcəyi ilə bağlı məlumat vermişdik.

Aldığımız xəbərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rövnəq Abdullayevi vəzifəsindən azad etmişdir.

Bu səbəbdən 2021 – ci ildə ölkə prezidenti Mikayıl Cabbarovu Dövlət Neft Şirkətinə Müşahidə Şurasının sədri təyin etdi. Bundan sonra isə, sabiq DNŞ prezidentinin qara günləri başlamış oldu.
Bir tərəfdən dövlət büdcəsinin mənimsənilməsi, digər tərəfdən isə ailə üzvlərinin qalmaqalı Rövnəq Abdullayevin sonunu yaxınlaşdırırdı.

Niyə Rövnəq Abdullayev?
Görünür, İlham Əliyevin hədəfi SOCAR prezidenti deyil. Ola bilər ki, hətta sabiq ANŞ – nin prezidenti həbs edilsin. Səbəb isə, oğlunun İspaniyada itən milyonluq saatı və mülkləri, qızının mülkləri, həyat yoldaşının qohumlarının offşorlarda mülkləri buna bir sübutdur. İllərdir xalqın pulların talayan Abdullayevlər ailəsi, indi onu geri qaytarmaq vaxtının gəldiyini bilməlidir.

Sonda isə qeyd edə bilərik ki, Rövnəq Abdullayev, Azərbaycan prezidentinin Mühafizə Xidmətinin rəhbəri Bəylər Əyyubova yaxınlığı ilə seçilir. Bu zaman adamın ağlına əsl hədəfin kim olduğu gəlir. Bəylər Əyyubov, Rövnəq Abdullayev, Xanlar Vəliyev və başqalarının bir klana tabe olduqlarını qeyd edə bilərik.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın