Qurban Məmmədov: Cəmil Həsənlinin qızı ilə bağlı müzakirələr, məncə, yanlış istiqamətdə gedir

 

 

Ya bu barədə susmalıyıq, ya da Cəmil də daxil olmaqla, qızının hərəkətlərini və övladına görə atasına qarşı belə “siyasi mübarizə” metodunu, ümumiyyətlə, prinsip olaraq qınamalıyıq. O video kiminsə ailə və ya şəxsi həyatı deyil, açıq şəkildə əxlaqsızlıqdır. İki qadınla bir kişinin bir yataqda olması nə vaxtdan ailə münasibətləri, ailə sirri olub? “Fahişənin şəxsi həyatı və şəxsiyyəti olmur.”(Amerikalı hüquqşünas və sosioloq Fiks) Cəmiyyətimizə, ictimai əxlaqımıza hansı dəyərləri aşılayırıq?


Cəmil qızına görə neçə illərdir tejimə nökərçilik edir. O gərək vaxtında bu şantaja boyun əyməyəydi. Əyildi, rejimə xidmət elədi, indi də rejim bu videonu Cəmilə görə yaymayıb, Cəmilin bu hakimiyyət üçün heç bir təhlükəsi olmayıb və indi də yoxdur. Məqsəd Tərtər genosidindən, Tovuz, Gəncə, Nardaran hadisələrindən, bir sözlə, rejimin xalqa qarşı apardığı düşmən siyasətindən diqqəti yayındırmaq və bir daha xalqda müxalifətə qarşı nifrət, inamsızlıq aşılamaqdır.

Siyasətdə bu “mübarizə metodu” pislənməlidir. Ancaq siyasətçilər nəzərə almalıdırlar ki, siyasətdə bu metod var və tez-tez tətbiq edilir: ABŞ-da Klinton-Monika, Türkiyədə Dəniz Baykal, İtaliyada Berluskoni və s. Siyasət tarixində yüzlərlə belə fakt var. Ona görə də siyasətlə məşğul olanlar bilməlidirlər: siyasətçinin şəxsi həyatı olmur. Ancaq heç kim səhvlərdən sığortalanmayıb.

Önəmli olan odur ki, belə məqamlarda siyasətçi şantaja boyun əyməsin, sınmasın və şantajçıya işləməsin. Təəssüf ki, Cəmil Həsənli başda olmaqla, Azərbaycan müxalifətinin əkssəriyyəti, cəmiyyətin tanıdığı məşhur ziyalılar, minlərlə məmur, hakim, prokuror, rəis, vəkil və bir sözlə, rejimə lazım olan şəxslər məhz bu metodla, 1994-cü ildən başlayaraq, cəmiyyətin, xalqın və dövlətin maraqları əleyhinə istifadə olunurlar.
Son 6-7 ildə mən dəfələrlə məqalələrimdə yazdım və efirlərdə dedim: rejimin əlində bir vaqon kaset var. Ona görə müxalifət bu gündə, ziyalının dili qarnında, məmurlar kölə halındadır.

Saunalarda, hotellərdə, şəxsi ofislərində, iş yerlərində, MTN-nin görüş otaqlarında ləyaqət və şərəflərini itirənlərin bir yolu var: müxtəlif bəhanələrlə səhnədən çəkilmək. Xalqa edəcəkləri ən yaxşı xidmət də budur.
Ancaq bu o demək deyil ki, o kasetlər yayılmayacaq. Rejim o kasetlər üçün milyonlar xərcləyib. Hərçənd, o milyonların bir hissəsi şantaj olunan vəzifəli şəxslərin hesabına geri qaytarılıb, ancaq rejim bu yolla xalqımızı özündən iyrəndirmək, öz gücünə olan inamını, özgüvən hissini sarsıtmaq, xalqı rejimə qul kimi itaətə məcbur etmək məqsədi güdür.
Son söz cəmiyyətindir: ya imana-dinə gəlməli, ya da rejimin şantajına boyun əyib ləyaqətsiz toplum kimi məhv olmalı.
Seçim sizindir!

Məmmədov Qurban Cəlaloğlu.

Bunu paylaş: