“Qullar” ölkəsi Azərbaycan

 

 

Hörmətli oxucular , sizlərə müassir quldarlıqdan söhbət açmaq istərdik. Əvvəlcə:”qul olmaq nə deməkdir”,- sualını araşdıraq. Qədim dövrlərdə ən çox işçi qüvvəsi qullar olmuşdur. Qul olmağın bir mənası var – yalnız bir qarın yeməyə ağır və zülmlü işləri məcburən görmək. Quldarlığın tarixi Misir dövlətinin yaranmasından da əvvələrə gedib çıxır. Quldarlığın bir baxışı isə insan kütləsinə təzyiq və kütləni bir nöqtədə üzərində idarə etməkdir.
Bəs bu, Azərbaycanda necə baş verir?
Hər kəs bilir ki, ölkəmiz yerüstü, yeraltı sərvətlərlə zəngindir. Bu sərvətlər xalqdan necə gizlədilir, xalqı necə qula çevirmə mexanizmi işə salınır?
Hakimiyyət orqanları xalqımızın gəlirlərini, yalnız çörək tələbatına çatacaq qədər tənzimləyir.

Bütün ölkə boyu bank sistemləri yaradır. Bu bank sistemləri xalqımıza, yüksək faizlə kreditlər verməyə başlayır. Başqa yerdən gəliri olmayan xalq məcburən banklara müraciət edir. Azərbaycan əhalisinin 90 faizinin banklara hal- hazırda borcu vardır. Bu vəziyyətdə insan yalnız tez bir vaxta banka borcunu qaytarmağa çalışır. Yəni səhər evdən çıxaraq gecəyə kimi calışır ki, bank faizlər üst-üstə yığılmasın. Belə olduğu halda insanları, dövlətin siyasəti, ölkənin gəlirlər və .s. kimi problemlər maraqlandırmır.Bu cür insanlar yalnız bank pullarını tez bir vaxta qaytarılmasını düşünür. Bu isə Azərbaycanda real olan bir vəziyyətdir. İlham Əliyev və hakimiyyəti bu siyasətlə xalqımızı müassir qul vəziyyətində saxlayır. İlham Əliyevin daxili siyasəti xalqı, asılı və təzyiq altında saxlamaqdır.


Kreditini düşünən hər bir şəxs heç bir zaman haqq sözun deməyə risk etməyəcəkdir.
Məsələn :
Banka borcu olan insan siyasətdən ümumən uzaqlaşır, səbəbi – polis məni həbs edər, pulumu əlimdən alar. Yeni bir borcu qaytarmadan digər borca yüklənər. Bu gün İlham Əliyev ölkəni bu tərzdə idarə edir. Üstəlik də, həmin bank pulları xalqın şəxsi sərvətidir. Azərbaycanda həm öz sərvətimizə möhtac oluruq, həm faizlə öz pulumuzu geri qaytarır, həm qul oluruq, həm də qorxu içində yaşayırıq. Bu bir reallıqdır!

Mikayıl Əsədov.

8

Bunu paylaş: