Qubadlının işğalından 27 il keçir

Qubadlı rayonu 1993 -cü il 31 avqustda erməni təzavüzkarları tərəfindən işğal edilmişdir.
İşğal zaman Qubadlı sakinləri mübarizə aparmışlar və xeyli sayda şəhid vermişlər. 30 min nəfərdən artıq Qubadlı sakini evlərindən, yurdlarından didərgin düşmüşdür.
Qubadlı əvvəlki əsrdə də(1915, 1918,1920) erməni işğalına məruz qalmışdır. O zaman da çox sayda Qubadlı sakininə divan tutulmuşdur, kəndləri yandırmışdılar. O dövrdə erməniləri qova bilmişdilər torpaqlarımızdan, ancaq 1993 -cü ildə erməni terrorçuları yenidən Qubadlını işğal etdilər. İşğaldan sonra ermənilər bütün tarixi abidələri, mədəniyyəti yandırıb, dağıdıb məhv etmişlər. Xatirladaq ki, bir nece gün əvvəl,
Ballıqaya qırğınının 28 ili idi; 1992-ci ildə ermənilərin dinc əhaliyə qarşı görünməmiş vəhşiliyi;
28 avqust səhər saat 5 radələrində alçaq 10-12 nəfər erməni xaincəsinə dinc əhaliyə hücum çəkərək, xüsusi qəddarlıqla müxtəlif iri həcmli silahlardan atəşə tutdular.
Həmin gün dinc sakinlərdən 24 nəfər öldü.
Ermənilər elə düşündülər ki, bütün alaçıqda olan insanları öldürdülər, ancaq möcüzə nəticəsində ağır yaralananlar və xəsarət alanlar da oldu. Belə vəhşilik heç vaxt unudula bilməz və unudulmamalıdır və biz heç vaxt bu dığalarla bir nakəsin dediyi kimi birlikdə çaxır içə bilmərik.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: