Qubadlı rayonu işğaldan azad edildi

İşğal olunan bütün ərazilər şanlı ordumuz tərəfindən geri qaytarıldığı kimi Qubadlı da qaytarıldı.
Qubadlı 1993 -cü il avqustun 31 -də ermənilər tərəfindən işğal edilmişdir. Minlərlə şəhid verən Qubadlı əhalisinin 32 mindən çox insanı yurd yuvasından köçkün düşmüşdür. İşğal olunan Qubadlıda vəhşi ermənilər daşı daş üstündə qoymamışlar, bütün körpüləri, evləri başqa tarixi abidələrin yarısını dağıtmış, yarısını isə talan etmişlər.
Budur son, geri aldıq Qubadlını da. Sadəcə quru torpaq qalsa da, hər şey dağılsa da, Qubadlıların nəfəsi bəsdir ki, o torpaqlar yenidən canlansın, abadlaşsın hər yer.
Eşq olsun ordumuza, yaşa Vətənim. Səndən qoparılan hər qarış torpağını alırıq geri.

Əliəşrəf Məmmədov.

 

Bunu paylaş: