Qriqori Trofimçuk ATƏT-in Minsk qrupunu pisləməklə, Rusiyanı xilaskar kimi qələmə verir

 

Rusiyalı politoloq Qriqori Trofimçuk Qarabağla bağlı jurnalistlərə müsahibə vermişdir. O, son zamanda bölgədəki qeyri – sabitliyi önə çəkərək, bu işdə ATƏT-in Minsk qrupunu günahlandırmışdır.Trofimçukun sözlərinə görə 27 illik Minsk qrupunun uğursuzluğunu görə Azərbaycan, məsələni özü həll etməyə qərar verdi və buna nail oldu. Politoloq qeyd etmişdir ki, bu qrupun fəaliyyəti olmasa da statusu qalmaqdadır.

Rusiyalı politoloqu maraqlandıran əsas məsələ isə, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri mandatında olan dövlətlərin, fərdi şəkildə Qarabağ məsələsinə müdaxiləsidir. Bu səbəbdən isə hər iki dövlətin sülh danışıqlarına getməsində problemlər yaranmaqdadır.

Hörmətli oxucular, fikir verdinizsə, siyasətçi Qriqori Trofimçuk çıxışı zamanı Rusiyanın da müdaxiləsi işarəsini verir. Lakin hələlik Qarabağda söz sahibi Rusiya və Türkiyə olduğundan, politoloqun çıxışı Fransa və Amerikanın neytrallaşdırılmasına xidmət edə bilər. Reallıq budur ki, Qarabağ probleminin yaradıcısı Rusiya olduğundan, bütün problemləri də, onlarda axtarmaq lazımdır.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın