Qoyun dərisi altında gizlənmiş Rus canavarları

 

“Belə bir söz deyirlər ki, İngilis casusu Rus casusu adı altında fəaliyyət göstərər. Rus casusu isə İngilis casusu kimi görsənər. Bu proseslərin mahiyyətini duyduqca adam dəhşətə gəlir”.
Bu gün içtimaiyyətdə və sosial şəbəkələrdə gündəmin müzakirə olunan mövzusu Ermənistanda baş verən hadisələr; Rusiya – Ermənistan savaşı və onun qonşü ölkələrə təsiri mövzusudur. Öncəki yazımda proseslərin hələlik hakimiyyət dəyişikliyinə gətirməyəcəyinə işarə vermişdim. Amma bu proseslərin başlanmasından istifadə edən iqtidar içərilərində olan rusmeyilli qüvvələrin vəzifələrindən uzaqlaşdırılmasını müşahidə etdikdə, üzdə “heç – heçə” görsənsə də, əslində kimin xeyrinə getdiyi bilinməkdədir.

Düşünürəm ki. hadisələrin belə inkişafı, o cümlədən ABŞ-ın Rusiyanın Qafqazda davranışının əleyhinə münasibət göstərməsi buna əsas verir. Rusiyanın Ermənistanda məğlubiyyəti tamamilə sona gəldikdən sonra, bu dövlətin Rusiyasız yeni strateji münasibətlər sistemini formalaşmağa gətirib çıxaracaqdır. Yeni münasibətlərdə İrəvanın Türkİyə və Azərbaycanla razılaşmaqdan başqa yolu qalmayacaqdır. Çünki Ermənistan cəmiyyəti artıq anlayır ki. onları Rusiya hər zaman öz imperialist maraqlarına görə savaşa salıb ətraf qonşuları ilə düşmən etmişdir. İndi isə bölgədə güclü Türküyə və güclü orduya malik Azərbaycan vardır. Bu baxımdan İrəvan olanlardan dərs alıb, ya səhvini düzəltməli, ya da bölgədə yox olmalıdır.

Gələk Ermənistan məsələsinə ölkəmizdə olan siyasi qüvvələrin reyaksiyasına; Bəziləri elə zənn edir ki. əgər Ermənistanda Rusiya keçmiş adamlarını hakimiyyətə gətirərsə, Azərbaycanda da dəyişiklik olacaq. Siyasi hakimiyyətə iddialı şəxslərin bu cür düşüncəsinə normal yanaşmaq olar. Amma burada olan anormallıq nədir?- İndiyə qədər “Qərbə inteqrasiya” pərdəsi altında Rusiyaya xidmət edənlərin bu cür fikirlər sərgiləməsi gizli sifətlərini bilmədən aşkara cıxardır.Sual yaranır ki, niyə narahatsınız, axı siz Rusiyaya qarşısınız. Çox gülməlidir, elə deyilmi? Məsəl var:”Kəklik başın soxar qara, arxasından xəbəri olmaz”. Qarabağ savaşı vaxtı belələrinin hansı münasibət göstərməsi və Ermənistanda Rusiyanın qalib gəlməsini səbirsizliklə gözləyənlər bu addımları ilə, əslində illərdir qərb paltarında gizlənmiş əsil mahiyyətlərini ortaya qoydular.

Düzdür, bu cür hadisələrin baş verməsi bölgəmizə nə qədər gərginlik və təhlükələr gətirsə də, amma bu gərginliyin içində bu cür sifətlərin açılması da cəmiyyətimiz üçün çox faydalı oldu. Bu proseslərin mahiyyətini duyduqca adam dəhşətə gəlir. Bunları yazıram ki. qoy xalqımız olanlara diqqət edib, kimin kim olduğunu bilsin və qoyun dərisi altında gizlənmiş Rus canavarlarına inanmasın.

Tahir Abbaslı.

Bunu paylaş: