Qoy ölsün

 

Yaxın günlərdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir. Bu görüşdən əvvəl Ermənistanın keçmiş prezidenti S. Sərkisyan deyib ki, əgər o hakimiyyətdə qalsaydı, Ermənistan indiki acınacaqlı vəziyyətə düşməyəcəkdi. Bəlkə də nəzəri cəhətdən bu belədir. Amma Ermənistan bütün dövrlərdə heç vaxt həqiqi müstəqil dövlət olmayıb və N. Paşinyanın hakimiyyətə gəlməsi bütün həqiqətləri çılpaqlığı ilə ortaya qoydu.

Maraqlıdır ki, Ermənistanın eks – prezidentinin bəyanatında İ. Əliyev öz ünvanına təhqir elementləri tapıb və dişinin dibindən çıxanı ona söyləyib. Hətta məsələ o yerə çatıb ki, İ. Əliyev, S. Sərkisyanı vaxtilə seçkiləri saxtalaşdırmaqda – özünə 50 faizdən çox səs yazmaqda günahlandırıb. Gör ha… kim kimə irad tutur.
Bu arada yadıma çoxlarının bildiyi məşhur bir məsələ yada düşür: ovçu bir maralı yaralayır. Yaralı maral özünü gölə çatdırıb bir qədər su içərək toxtaxtlıq tapmaq istəyir. Bu zaman həmin göldə olan qurbağa soruşur ki, ay maral qardaş, sənə nə olub? Qurbağa biləndə ki, onu ovçu yaralayıb, qurbağa deyir: ay maral qardaş, bu ovçular biz marallardan nə istəyir? Qurbağanın bu sözündən xeyli məyus olan maral cavab verir: ovçunun gülləsi məni öldürməyəcəkdi, amma sənin bu sözün məni öldürəcək.

2003 – ci ildən atasından hakimiyyəti saxta yollarla, qan tökülməsi ilə və bir nəfərin ( rəhmətlik Həmidağa Zahidovun) ölməsi ilə ələ keçirən, həyatı boyu bir dəfə də olsun demokratik seçki keçirməyən birisi – İ. Əliyev, xalqın tələbi ilə, qan tökülməsini öz xalqına rəva bilməyən, dinc yolla hakimiyyətdən gedənə – S. Sərkisyana irad tutur.
S. Sərkisyan Xocalı qatili, Azərbaycan xalqının düşmənidir, amma öz xalqına İ. Əliyevin etdiyi zülmün mində birini belə etməmişdir.
Düşünürəm ki, S. Sərkisyan məhz bu iraddan sonra tezliklə qurbağa ilə göldə su içən yaralı maral kimi öləcək.
Qoy ölsün…
Ona bu da azdır.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın