Qorxusundan hər hiyləyə əl atır

Məğlubedilməz ordumuzun qarşısında tab gətirə bilməyən Ermənistan ordusu yenidən Kremlin qucağına qaçmağa başlayıb. Bu gün Ermənistan prezidenti Nikol Paşinyan qeyd edib ki, Ermənistan sülh danışıqlarına hazırdır və rus ordusu Qarabağımızda sülhməramlı kimi iştirak etməlidir. Artıq qorxuya düşən düşmən ” Kazan ” danışıqlar formatının bəzi detalları ilə razılaşdığını bildirmək istəyir. Azərbaycan tərəfi rəsmən bəyan edərək nə ATƏT-in Minsk qrupunun iştirakını,nə də heç bir formatda danışıqları istəmədiklərini bildirmişdir.Rəsmi Bakı bildirmişdir ki ,yalnız sonuncu işğalçı Ermənistan əsgərinin Azərbaycan torpaqlarını tərk etməsindən sonra danışıqlar ola bilər. Artıq Ermənistan yaxşı anlayır ki, ağalarının heç biri ona kömək etmək istəmir. Bu isə onu göstərir ki, beynəlxalq aləm, Azərbaycanın öz hüquqlarının qorunmasında haqlı olduğunu bilir.. Azərbaycan ordusu tarix yazmaqla dünyaya sübut etdi ki, bizlər öz torpaqlarımızı azad edəcəyik. Əsgərlərimizlə qürur duyuruq.

Mikayıl Əsədov.

Bunu paylaş: