Qondarma bayraq yenə Azərbaycan torpağında

Bir neçə gün bundan əvvəl Araik Arutunyan Azərbaycanın işğalda olan Xankəndi şəhərində, Ermənistanın yeni təyin olunmuş ombudsmanı Kristina Qriqoryanı qəbul etmişdir.

Görüş zamanı bölgədə baş verən hadisələr müzakirə olunmuşdur.

Bu görüşdə diqqət çəkən bir neçə məqamın olduğunu sizlərə çatdırmaq istərdik.
1) İlk növbədə qondarma bayrağın görüş otağından asılmasıdır. Bununlada 10 noyabr bəyanatını heçə salan erməni tərəfi, Azərbaycanın etirazlarına əməl etmədiyini göstərmək istəyir.

2)Azərbaycanın icazəsi olmadan Ermənistan rəsmisinin Xankəndinə səfəri bir daha, sübut edir ki, rəsmi Bakı bu təxribatlara necə cavab verəcəyi barədə yaxşı fikirləşməlidir.

3) Hə halda, dəfələrlə Ermənistanın və xarici ölkələrin rəhbərləri Azərbaycanın işğal altında olan torpaqlara, rəsmi Bakının icazəsi olmadan gəlmələrini bir başa məsuliyyəti xidmət göstərən Rusiya sülhməramlı adı altında olan nümayəndələrin üzərinə düşür.


Azərbaycanın işğalda olan torpaqlarında baş verən problemlərə cavabdeh Rusiya olduğu halda, bu günə qədər buna əməl edilmir. Azərbaycan tərəfi isə, boş – boş etirazlar etməklə kifayətlənir.

Bu da azmış kimi, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisində, bizim əsgərlərə atəş açmaqdadırlar. Beləliklə, artıq deməyə sözümüz olmadığını deyə bilərik. Azərbaycan torpaqlarında qondarma saxta bayrağın asılması, icazəsiz səfərlər, sülhməramlı adı altında işğalçı ordunun olması bir başa bizim xalqa, dövlətçiliyimizə təhqir və təhdiddir. Reallıq budur ki, bu vəziyyəti Azərbaycan prezident İlham Əliyev bir başa özü yaradıb. Bax elə buna görə də, hakimiyyət Qarabağ məsələsində dili qısadır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın